Tunisin eyniadlı paytaxtında naməlum silahlı şəxslər yerli Bardo muzeyinə hücum edib. Tunisin eyniadlı paytaxtında naməlum silahlı şəxslər yerli Bardo muzeyinə hücum edib.

Muzeyə hücum - 9 nəfər öldü, 30 nəfər girov götürüldü

Tunisin eyniadlı paytaxtında naməlum silahlı şəxslər yerli Bardo muzeyinə hücum edib.

Modern.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Tunisin daxili işlər naziri Əli əl-Uruyi məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 8 nəfər əcnəbi vətəndaş olmaqla azı 9 nəfər həlak olub. Həlak olanlardan 4-nün polşalı turist olduğu bildirilir. Hazırda silahlılar ən azı 10 nəfəri muzeydə girov saxlayır. Tunis təhlükəsizlik qüvvələri Bordo muzeyini mühasirəyə alıb. Yerli jurnalistlərin məlumatına görə, hücum muzeyi ziyarət edən avropalı turistlərə qarşı yönəlib.