04:18
(077) 610-22-33

ABŞ-da məktəbdə atışma

  • >
1 267 18 Mart 2015 23:17 | Dünya

ABŞ-ın Arizona ştatında məktəb yaxınlığında baş verən atışma nəticəsində azı 4 nəfər xəsarət alıb.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Mesa şəhərində qeydə alınıb.

Yerli polisin məlumatına əsasən, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda cinayətin iştirakçılarının tutulması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin təffərüatları barədə geniş məlumat verilmir.
Bağla X