İŞİD terror qruplaşması Tunisin paytaxtındakı muzeyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İŞİD terror qruplaşması Tunisin paytaxtındakı muzeyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İŞİD Tunisdəki terror aktına görə məsuliyyəti üzərinə götürdü

İŞİD terror qruplaşması Tunisin paytaxtındakı muzeyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.



APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Röyters" xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, martın 18-də hərbi geyimli silahlılar Tunis parlamentinin yaxınlığındakı "Bordo" muzeyinə soxularaq əcnəbi turistləri girov götürüblər. Hücum zamanı muzeydə 200-dək turist olub.

Terror aktı nəticəsində 20-si turist olmaqla 23 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Terrorçulardan ikisi məhv edilib.