Peruda üç sərnişin avtobusu və yük maşınının toqquşması nəticəsində azı 34 nəfər ölüb, 70 nəfər xəsarət alıb. Peruda üç sərnişin avtobusu və yük maşınının toqquşması nəticəsində azı 34 nəfər ölüb, 70 nəfər xəsarət alıb.

Üç sərnişin avtobusu yük maşınıyla toqquşdu - 34 ölü

Peruda üç sərnişin avtobusu və yük maşınının toqquşması nəticəsində azı 34 nəfər ölüb, 70 nəfər xəsarət alıb.


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Limadan şimal-qərbdə yerləşən Uarmey şəhərində baş verib.

İlkin məlumata əsasən, qəzaya səbəb "Murga Serrano" şirkətinə məxsus sərnişin avtobusunun sürücüsünün yol qaydasını pozaraq əks yola çıxması olub. Xəsarət alanların sayının çoxluğu səbəbindən Uarmey şəhərinə əlavə təcili tibbi yardım briqadaların göndərildiyi bildirdilir.