İsveçin ədliyyə və miqrasiya naziri Morqan Yohanssona naməlum şəxs hücum edib. İsveçin ədliyyə və miqrasiya naziri Morqan Yohanssona naməlum şəxs hücum edib.

Nazirə hücum etdilər

İsveçin ədliyyə və miqrasiya naziri Morqan Yohanssona naməlum şəxs hücum edib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "The Local" nəşri yayıb.

Məlumatda deyilir ki, nazir qaçqınların məskunlaşacağı yaşayış kompleksindən bayıra çıxarkən naməlum şəxs əlində yanğınsöndürən cihazı ilə ona yaxınlaşaraq sifətinə köpük vurub. Nazirin yanında olan rəsmilər bu hücumun qarşısını ala bilməyiblər, ancaq mühafizəçi hamıdan tez tərpənərək hücum edən şəxsi yerə yıxıb.

Hadisə ölkənin cənubunda qeydə alınıb. Nazir burada xəstəxananın keçmiş binasına baş çəkib. Məqsəd isə bu binada qaçqınlar üçün yataqxananın salınması olub.