00:06
(077) 610-22-33

“Serj Sarkisyan erməniləri aldadıb” – Ermənistan mediası

  • >
3 308 29 Mart 2015 23:00 | Dünya

“Ermənistan rəhbərliyi, şəxsən prezident Serj Sarkisyan illərdir ki, ölkəyə qaz idxalına görə xalqı aldadıb”.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın "Joxovurd" saytı yayıb.
Məlumatda deyilir ki, Ermənistan rəhbərliyinin razılığı ilə 2011-ci il iyun ayının 1-də Rusiya 1000 kubmetr qazın qiymətini 180 dollardan 210 dollara, 2012-ci il aprel ayının 1-də 240 dollara, 2013-cü il aprel ayının 1-də isə 270 dollara qaldırıb: "Bütün bunlar haqda ölkə mediası dəfələrlə informasiya dərc etsə də həmişə bu, erməni məmurları tərəfindən təkzib edilib. 2011-2013-cü illərdə "Qazprom-Ermənistan" şirkəti Rusiyaya qaz idxalına görə 180 dollar ödəyib və Rusiyanın "Qazprom eksport" şirkətinə 329.2 milyon dollar həcmində borcu yığılıb. Nəticədə Ermənistan məmurları, xüsusilə prezident Serj Sarkisyan əhalini bilərəkdən aldadıb".
Bağla X