11:06
(077) 610-22-33

150 nəfəri öldürən pilotun görüntüləri yayıldı - VİDEO

  • >
3 573 30 Mart 2015 11:49 | Dünya

Fransada Alp dağlarında Almaniyanın “Germanwings” avia şirkətinə məxsus olan sərnişin təyyarəsini qəzaya uğradan və nəticədə 150 nəfərin ölümünə bais olan ikinci pilot Andreas Lubitsin görüntüləri yayılıb.



AZNEWS.AZ xəbər verir ki, Böyük Britaniyanın İTV telekanalı tərəfindən yayımlanan görüntülərin təlim zamanı çəkildiyi deyilir.

Qeyd edək ki, qəzaya düşən sərnişin təyyarəsində nələrin baş verdiyi aydınlaşır. Qara qutu tərəfindən qeyd edilən səs yazısında kabinadan kənarda qalan kapitan pilot Sondenheimerın Lubitsə yalvararaq dediyi "Qapını aç" sözləri var.

Dünyanı sarsıdan bu qəzayla bağlı detallar hər gün üzə çıxmağa davam edir. Kapitan pilot Sondenheimer uçuşdan öncə köməkçi pilot Lubitsə Barcelonada tualetə getmədiyini deyib. Lubits isə ona "İstədyin vaxt gedə bilərsən" cavabını verib. 26 dəqiqə gec uçuşa başlayan təyyarə əsas hündürlüyə çatan kimi Sondenheimer Lubitsə eniş hazırlıqlarını etməsini istəyib. Lubits ona yenidən "Tualetə istədiyin vaxt gedə bilərsən" sözünü təkrarlayıb.

Kapitan pilot kabinadan çıxandan sonra qapını kilidləyən köməkçi pilot Lubits təyyarəni endirməyə başlayıb. 3 dəqiqə sonra dispetçerlər pilotla əlaqə yaratmağa çalışsalar da heç bir cavab almayıblar. Bu zaman kabinada həyəcan siqnalı çalınıb. Daha sonra qapının yumruqlanma səsləri eşidilib. Sondenheimer Lubitsə "Sən Allah, bu qapını aç" deyə yalvarıb.

Köməkçi pilot isə heç bir reaksiya vermədən təyyarəni endirməyə davam edib.
Səs yazısında sərnişinlərin də fəryad səsləri aydınca eşidilir.


Bağla X