00:09
(077) 610-22-33

İslam Kərimov yenidən prezident seçildi - 90.39 faiz səs topladı (VİDEO)

  • >
1 975 30 Mart 2015 17:01 | Dünya

Özbəkistanın hazırkı prezidenti İslam Kərimov yenidən prezident seçilib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı 12news.uz saytı yayıb.

İslam Kərimov seçicilərin 90.39 faiz səsini toplayaraq qələbə qazanıb.

Bu faktı Özbəkistanın Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalomov təsdiq edib. Onun sözlərinə görə, əhalinin 17.2 milyon nəfəri hazırkı prezidentə səs verib: "Bu isə Konstitusiyaya görə onun yenidən prezident seçilməsi deməkdir".

Rusiya prezidenti Vladimir Putin İslam Kərimovu prezident seçkilərində yenidən qalib gəldiyinə görə təbrik edib.

Bu haqda Kremlin saytında məlumat verilib.

"Prezident təbrikində İslam Kərimova iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə görə minnətdarlıq edib", - deyə Kremlin saytında bildirilib.



Bağla X