Avstraliyanın XİN rəhbəri Culiya Bişop Rusiyaya qarşı qəbul edilən sanksiyaların qüvvəyə mindiyini elan edib. Avstraliyanın XİN rəhbəri Culiya Bişop Rusiyaya qarşı qəbul edilən sanksiyaların qüvvəyə mindiyini elan edib.

Daha bir ölkədən Rusiyaya qarşı - SANKSİYA

Avstraliyanın XİN rəhbəri Culiya Bişop Rusiyaya qarşı qəbul edilən sanksiyaların qüvvəyə mindiyini elan edib.



APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, sanksiyalar silah alveri, dağ-mədən sənayesi avadanlıqları, infrastruktur sektora sərmayə qoyuluşu sahələrini əhatə edir və Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti yürütməsinə cavab tədbiri adlandırılıb.

Məlumata görə, tətbiq edilən sanksiyalar Avropa, Kanada və ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiyalara uyğundur.

Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına dair qərar 2014-cü ilin sentyabrında qəbul olunub.