“MARDAN-PALAS”IN SAHİBİ MƏN DEYİLƏM” “MARDAN-PALAS”IN SAHİBİ MƏN DEYİLƏM”

“Məni Türkiyədən çıxartmaq istəyirlər” - AST Telman

“MARDAN-PALAS”IN SAHİBİ MƏN DEYİLƏM”


Azərbaycanlı iş adamı, hazırda Türkiyədə yaşayan Telman İsmayılov Antalyadakı "Mardan-Palas" otelinin satılması xəbərinə münasibət bildirib.

AZNEWS.AZ xəbər verir ki, AST Telman kimi tanınan iş adamı jurnalist Eynulla Fətullayevlə müsahibəsində məlumatın yanlış olduğunu bildirib.

O, deyib ki, 1.4 milyard dollara başa gələn otel əslində özünə məxsus deyil. "Otelin əsil sahibi nəvəm Telmandır və oteli satmaq da yalnız onun səlahiyyətinə daxildir. Ancaq əsil həqiqət isə budur ki, Türkiyədə bir qrup insan var ki, mənim haqda dezo xarakterli informasiyalar yayırlar. Onlar məni bu ölkədən çıxartmaq istəyirlər. Mənim bu oteli satmaq fikrim yoxdur. Mənim Türkiyədə, prezident Ərdoğan da daxil olmaqla heç kəslə problemin yoxdur. Ərdoğan bir vaxtlar məni şər qüvvələrdən qoruyub. Türkiyədə mənə qarşı yönələn qüvvələrin adlarını çəksəm, bu, beynəlxalq qalmaqala səbəb ola bilər. Mən İsrail vətəndaşıyam. İsveç, İtaliya, Pribaltika və digər ölkələrdə biznesim var", - deyə Telman İsmayılov bildirib.