Rusiyanın məşhur yazıçısı Daniil Qranin xəstəxanaya düşüb. Rusiyanın məşhur yazıçısı Daniil Qranin xəstəxanaya düşüb.

Məşhur yazıçı xəstəxanaya düşdü

Rusiyanın məşhur yazıçısı Daniil Qranin xəstəxanaya düşüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "rosbalt" saytı yayıb.

Məlumata görə, yazıçı Sankt-Peterburq şəhərində Almazov adına Federal mərkəzdə müalicə edilir.

Qeyri-rəsmi məlumata görə, onun boynu sınıb. Ancaq bu informasiyanı Qraninin dostu, "Zvezda" jurnalının Baş redaktoru Yakov Qordin təsdiq etməyib.

Qordin bildirib ki, yazıçının sağlamlığında qorxulu heç nə yoxdur: "Sadəcə, o, 96 yaşı olduğuna görə növbəti müayinədən keçməlidir".