Türkiyənin dörd bir tərəfində elektrik enerjisi kəsilib. Türkiyənin dörd bir tərəfində elektrik enerjisi kəsilib.

Türkiyə şokda: Ölkənin bir çox ərazisində elektrik enerjisi kəsildi

Türkiyənin dörd bir tərəfində elektrik enerjisi kəsilib.



AZNEWS.AZ xəbər verir ki, Ankara, İstanbul, İzmir, Adana, Dənizli, Antalya, Bitlis, Dardanel, Bursa kimi şəhərlərdə yaşayanlar özlərinin Twitter və Facebook səhifələrində elektrik enerjisinin kəsilməsilə bağlı mesajlar yazıblar.

Elektrik enerjisinin isə səhər saat 10.36-da kəsildiyi deyilir.


Baş nazir Əhməd Davudoğlu baş verən qəzaya görə verdiyi bəyanatda "Terror hücumları ehtimalını araşdırırıq" sözlərini bildirib.

Adları çəkilən bölgələrdə internet kəsilib, İstanbulda isə saat 13.20-dək metro işləməyib.

Hazırda İstanbulun yarısından çoxuna elektrik enerjisi verilib.