David Cameron Kim Kardaşyanla qohum çıxdı


İngiltərənin baş naziri David Cameron porno ulduz Kim Kardaşyanla qohum olduğunu açıqlayıb.

"Qafqazinfo" "Heat" jurnalına istinadən xəbər verir ki, baş nazir maqazin jurnalına verdiyi açıqlamada porno ulduzla qohum olduqlarını, ancaq əlaqələrinin olmadığını bildirib: "Kardaşyan və ailəsinin yer aldığı realiti şounu izləmirəm.

Amma onu da ilk dəfə olaraq açıqlayım ki, Kim mənim qohumumdur, 13-cü dərəcədən əmim qızıdır. Nə qədər yaxın qohumuq elə deyilmi?

Ailələrimiz və mənim elə bir yaxınlığımız yoxdur, görüşmürük. Bu barədə bir planım yoxdur".