Rusiyanın “Uzaq şərq” gəmisində ekipaj üzvləri arasında olan azərbaycanlı matros, mexanik və ustaların adları açıqlanıb. Rusiyanın “Uzaq şərq” gəmisində ekipaj üzvləri arasında olan azərbaycanlı matros, mexanik və ustaların adları açıqlanıb.

Rus gəmisindəki azərbaycanlıların adları açıqlandı - SİYAHI (Yenilənib)

Rusiyanın “Uzaq şərq” gəmisində ekipaj üzvləri arasında olan azərbaycanlı matros, mexanik və ustaların adları açıqlanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "LifeNews" telekanalı yayıb.

Gəmidə olan azərbaycanlılar bunlardır:

1.Abdullayev F.S – 1-ci dərəcəli matros
2.Səfərov M.S. – 1-ci dərəcəli matros
3.Sadıqov İ.Q. – 1-ci dərəcəli matros
4.Talıbov M.U. - 4-cü mexanik
5.Rəhimov A.M. – baş usta
6.Əliyev E.S. - usta
7.Əliyev Y.S. – 2-ci dərəcəli matros

Qeyd edək ki, gəmidə xarici ölkələrin 50-dən çox mütəxəssisi olub. Onların arasına Vanuatudan 2, Myanmadan 42, Latviyadan 3, Ukraynadan isə 5 nəfər olub.

***
10:45

Rusiyanın Oxot dənizinin Kamçatka sahillərində batan "Uzaq Şərq" gəmisində 26 ekipaj üzvləri arasında Azərbaycan vətəndaşları da olub.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə rəsmisinə istinadən yayıb.

Qeyd edək ki, Maqadandan 300 kilometr aralıda Oxot dənizində batan gəminin uzunluğu 104, eni isə 16 metr olub.

Göyərtədə olan 132 nəfərdən 54-nün öldüyü deyilir. 15 balıqçının isə taleyi haqda məlumat yoxdur.