Rusiyanın MiQ-29 qırıcı təyyarələri Türkiyə ilə sərhəddə yerləşən Gümrü şəhərində havaya qalxıb. Rusiyanın MiQ-29 qırıcı təyyarələri Türkiyə ilə sərhəddə yerləşən Gümrü şəhərində havaya qalxıb.

Rusiya qırıcıları Türkiyə ilə sərhəddə havaya qalxdı

Rusiyanın MiQ-29 qırıcı təyyarələri Türkiyə ilə sərhəddə yerləşən Gümrü şəhərində havaya qalxıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, qırıcılar Rusiya hərbi bazasından havaya hərbi təlim keçmək üçün qaldırılıb.

"Təlimdə 100-dən çox hərbçinin və 30 hərbi texnikanın iştirakı gözlənilir. 3 gün davam edən uçuşlarda hava sərhədi qorunacaq. Nəticədə "düşmənin" qırıcıları, qanadlı və ballistik raketləri məhv ediləcək", - deyə mətbuat xidmətindən bildiriblər.