Oxot dənizində Rusiyanın batan “Uzaq Şərq” soyuducu traulerinin qiyməti açıqlanıb. Oxot dənizində Rusiyanın batan “Uzaq Şərq” soyuducu traulerinin qiyməti açıqlanıb.

Batan rus traulerinin qiyməti açıqlandı

Oxot dənizində Rusiyanın batan “Uzaq Şərq” soyuducu traulerinin qiyməti açıqlanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Məlumata görə, belə soyuducu trauler 30 milyon dollar dəyərində qiymətləndirilir.

Bu qəbildən olan yeni gəmilərin minimum qiyməti 40, maksimum qiyməti isə 65 milyon dollardır.

"Uzaq Şərq" soyuducu trauleri "Pulkovsk meridianı" layihəsi üzrə hazırlanan gəmilər siyahısına daxildir. 1974-cü ildən 2011-ci ilədək Qara dəniz gəmiqayırma zavodunda bu növdən olan 113 gəmi buraxılıb.

Qeyd edək ki, "Uzaq Şərq" trauleri bu gecə Oxot dənizində batıb. Nəticədə göyərtədə olan 132 dənizçidən 56 nəfər dünyasını dəyişib, 15 nəfər isə itkin düşüb.