Meksikanın Herrero ştatının İqualapa şəhərində polislə yerli sakinlər arasında atışma olub. Meksikanın Herrero ştatının İqualapa şəhərində polislə yerli sakinlər arasında atışma olub.

Meksikada atışma - 8 ölü

Meksikanın Herrero ştatının İqualapa şəhərində polislə yerli sakinlər arasında atışma olub.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Məlumata görə, atışma nəticəsində 2-si polis olmaqla 8 nəfər ölüb.

Hadisəyə isə Kosta-Rika rayonunun özünümüdafiə dəstəsinin özbaşınalığı səbəb olub. Onlar 2 nəfəri tutaraq naməlum istiqamətə aparmaq istəyib. Qarşıları isə polis tərəfindən kəsilib. Nəticədə hər iki tərəf arasında atışma baş verib.

Qarşıdurma zamanı dəstənin başçısı Eliseo Vilyarın saxlanıldığı və Akapulko şəhər həbsxanasına aparıldığı deyilir.