Türkiyə Türkmənistan qazının Xəzər vasitəsilə nəqlini dəstəkləyir. Türkiyə Türkmənistan qazının Xəzər vasitəsilə nəqlini dəstəkləyir.

Türkiyədən Bakının marağına dəstək

Türkiyə Türkmənistan qazının Xəzər vasitəsilə nəqlini dəstəkləyir.



ANS-in məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Aşqabadda Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı nümayəndələrinin görüşündə bildirib.

O deyib ki, Türkiyə 1990-cı illərdən başlayaraq Türkmənistan qazının Avropa İttifaqı məkanına nəqlini dəstəkləyir.

Görüşdə Taner Yıldızla yanaşı, Türkmənistan Nazirlər Şurasının sədr müavini Baymurad Xocamuhammedov, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Avropa Komissiyasının energetika məsələləri üzrə sədri Maroş Şefçoviç iştirak ediblər.