Ukraynanın şərqində yenidən gərginlik artmağa başlayıb. Ukraynanın şərqində yenidən gərginlik artmağa başlayıb.

Ukraynada yenidən gərginlik- 2 ölü, 5 yaralı

Ukraynanın şərqində yenidən gərginlik artmağa başlayıb.



"Qafqazinfo" xəbər verir ki, Ukraynanın şərqində separatçıların 24 saatda 95 dəfə atəşkəsi pozduğunu, bu hücumlarda 2 Ukrayna əsgərinin öldüyü və 5 əsgərin isə yaralandığı bildirilib.

Terrorla Mübarizə Mərkəzindən verilən məlumata görə, atəşkəs pozuntularının fevralın 12-də baş tutan Minsk danışıqlarından əvvəlki səviyyəyə çatdığı və 24 saatda gərginliyin diqqətə çarpan dərəcədə artdığı qeyd edilib.

Bundan başqa separatçıların tank, çox lüləli silah, 120 mm və 122 mm çaplı ağır silahları istifadə edərək hücum etmələri, separatçıların Ukrayna ordusunu qıcıqlandırmağa çalışdıqları bildirilib.

Separatçıların son hücumlarda Peski, Avdeevka, Şirokino, Kamenki, Novobahmutovka və Opitnoe qəsəbələri yaxınlığında yerləşən ordunu hədəf alıblar.