18:50
(077) 610-22-33

“Azərbaycana yardım etməyə hazırıq“- Latviya XİN

  • >
857 7 May 2015 22:37 | Dünya

Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan “Şərq Tərəfdaşlığı” proqramının üzv dövlətlərinə təşkilata daxil olmasında yardım etməyə hazırdır.



APA-nın verdiyi xəbərə görə, bu barədə Aİ-yə sədrlik edən Latviya XİN rəhbəri Edqar Rinkeviç bildirib.

"Biz Riqa sammitinin (21-22 may-red.) bəyanatı üzərində çalışırıq. Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakını nəzərə alaraq prosesin davamı kimi bu ölkə ilə yeni sazişin hazırlanması üzərində də işləyə bilərik", deyə Rinkeviç Aİ-nin ticarət nazirlərinin və "Şərq Tərəfdaşlığı" proqramına üzv olan dövlətlərin nümayəndələri ilə ilə görüşdən sonra bildirib.

"Biz həmçinin əməkdaşlığın ümumi maraqlara cavab verməsi üçün Azərbaycan, Belarus və Ermənistandan olan tərəfdaşlarımızla çalışmaq niyyətindəyik. Biz həmçinin ÜTT-ə üzv olmayan ölkələrin bu təşkilata daxil olmaları üçün dəstək verməyə hazırıq. Biz bunu tərəfdaşlarımızla görüşlərdə təklif edirik", deyə nazir bildirib.

O həmçinin Aİ-nin Azərbaycanla azad ticarət sahəsində əməkdaşlıq və iqtisadi tərəfdaşlığın daxil olacağı əməkdaşlığın yeni çərçivələri üzərində işi bərpa edəcəyinə ümidvar olduğunu bildirib.
Bağla X