18:50
(077) 610-22-33

““Bakı-2015” Bakının potensialını nümayiş etdirmək üçün gözəl imkandır“

  • >
750 8 May 2015 20:26 | Dünya

I Avropa Oyunları Bakının potensialını nümayiş etdirmək baxımından gözəl imkan, eləcə də daha iri beynəlxalq tədbirlərin keçirilməsinə doğru addım olacaq.


Trend-in məlumatına görə, bunu Monako Knyazı II Albert "The Business Year" jurnalına müsahibəsində deyib.

O, qeyd edib: "Mən hiss edirəm ki, Azərbaycan bu tədbirin keçirilməsində iz qoymaq və möhtəşəm bir şey etmək niyyətindədir. Ümid edirəm ki, Azərbaycan digərlərinin ardınca gedə bilməyəcəyi yüksək standartlar müəyyənləşdirməyəcək".

Monako Knyazı vurğulayıb ki, Azərbaycan son bir neçə ildə inanılmaz dərəcədə inkişaf edib: "Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və dünyanın digər ölkələri üçün möhtəşəm birləşdirici halqa olması unikal haldır".

O, əlavə edib ki, Qafqaz regionu Böyük İpək yoluna görə tarixi bölgədir: "Azərbaycan unikal mədəniyyətə malik ölkədir və bütün bunlar Oyunlarda əksini tapsa, böyük uğur gətirəcək. Beynəlxalq idman yarışları insanları birləşdirmək üçün yaxşı fürsətdir. Tədbir yeni mədəniyyəti üzə çıxarmağa imkan yaradacaq ki, bu da çox maraqlı təcrübə olacaq".
Bağla X