Rusiya prezidenti Vladimir Putin bu gün Soçi şəhərində ABŞ-ın Dövlət Katibi Con Kerri ilə görüşəcək. Rusiya prezidenti Vladimir Putin bu gün Soçi şəhərində ABŞ-ın Dövlət Katibi Con Kerri ilə görüşəcək.

Putin bu gün Kerri ilə görüşəcək – Soçidə

Rusiya prezidenti Vladimir Putin bu gün Soçi şəhərində ABŞ-ın Dövlət Katibi Con Kerri ilə görüşəcək.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, görüşdə Qərbin və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar müzakirə edilməyəcək.

Soçidə ABŞ-lı diplomatla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da görüşü nəzərdə tutulub.


Tərəflərin rəsmi Moskva ilə Vaşinqtonun arasında olan problemlərdən danışacağı gözlənilir.