Azərbaycanın idman obyektlərinin tikintisində nümayiş etdirdiyi qeyri-adi cəsarət və ölkə əhalisinin Bakıda keçiriləcək Avropa Oyunlarına marağı və mehribanlığı, şübhəsiz ki, bu idman hadisəsinə uğur gətirəcək. Azərbaycanın idman obyektlərinin tikintisində nümayiş etdirdiyi qeyri-adi cəsarət və ölkə əhalisinin Bakıda keçiriləcək Avropa Oyunlarına marağı və mehribanlığı, şübhəsiz ki, bu idman hadisəsinə uğur gətirəcək.

“Bakıda keçiriləcək Avropa Oyunları uğurlu hadisə olacaq“

Azərbaycanın idman obyektlərinin tikintisində nümayiş etdirdiyi qeyri-adi cəsarət və ölkə əhalisinin Bakıda keçiriləcək Avropa Oyunlarına marağı və mehribanlığı, şübhəsiz ki, bu idman hadisəsinə uğur gətirəcək.



Bu barədə Trend-ə Serbiya Olimpiya Komitəsinin direktoru Damir Ştayner deyib.

D.Ştayner qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir: "Ölkədə idman da digər sahələr kimi inkişaf edir. Avropa Oyunlarının böyük idman hadisəsi olacağına inanıram. Bu, Avropa idmanı üçün əhəmiyyətli tarixi andır. Belə ki, bütün qitələrin öz idman oyunları var. Sözsüz, Avropa da bir çox idman növlərinin birləşdiyi tədbirə malik olmağa layiqdir".

Onun sözlərinə görə, Avropa Oyunlarında istifadə ediləcək bütün yeni və təmir edilmiş obyektlər müsbət təsir bağışlayır: "Ötən il bir neçə dəfə Bakıya səfər etmək imkanım olub və hər dəfə də daha böyük inkişafın şahidi oluram. Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi hələ ötən Olimpiya Oyunları zamanında işləyən təcrübəli əməkdaşlardan ibarətdir və mən əminəm ki, onlar fövqəladə yarışlar təşkil edəcəklər".