ABŞ prezidenti Barak Obamanın və onun xanımı Mişel Obamanın 2014-cü il üçün aktivlərinin həcmi açıqlanıb. ABŞ prezidenti Barak Obamanın və onun xanımı Mişel Obamanın 2014-cü il üçün aktivlərinin həcmi açıqlanıb.

Obama ailəsinin aktivləri açıqlandı – 7 milyon dollar

ABŞ prezidenti Barak Obamanın və onun xanımı Mişel Obamanın 2014-cü il üçün aktivlərinin həcmi açıqlanıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Hill nəşri yayıb.

Məlumata görə, cütlüyün pullarının 5.25 milyon dolları qiymətli kağız kimi saxlanılır. Obama ailəsinin digər pulları isə bank hesablarında yatırılıb.

Bundan əlavə ailənin Çikaqoda 1 milyon dollar dəyərində olan evi də var.


ABŞ prezidenti Barak Obama, həmçinin "Ümidlərin ədəbsizliyi" və "Atamın arzuları" kitablarının satışından 130 min dollar pul qazanıb.