Türkiyə Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Suriyaya aid pilotsuz hava təyyarəsini vurub. Türkiyə Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Suriyaya aid pilotsuz hava təyyarəsini vurub.

Türkiyə qırıcısı Suriya təyyarəsini vurdu

Türkiyə Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Suriyaya aid pilotsuz hava təyyarəsini vurub.



Axar.az xəbər verir ki, Suriya təyyarəsi sərhəd pozuntusuna yol verdiyi üçün Türkiyə Baş Qərargahı F-16 qırıcılarına atəş əmri verib. Baş Qərargahdan verilən məlumatda təyyarənin tipinin müəyyən edilməsi üçün araşdırma aparıldığı bildirilib. Suriya televiziyası da Türkiyənin pilotsuz hava təyyarəsini vurduğunu təsdiqləyib. Hadisənin bu gün günorta saatlarında baş verdiyi qeyd edilib. Suriya təyyarəsi Türkiyə qırıcısından atılan iki raket zərbəsi ilə məhv edilib. Zərbə nəticəsində təyyarə 3 hissəyə bölünüb və Suriya ərazisinə düşüb.