21:22
(077) 610-22-33

”Rusiya ilə əsl müharibə gedir” - Petro Poroşenko

  • >
1 525 20 May 2015 13:31 | Dünya

Ukrayna prezidenti Petro Poroşenko BBC müxbirinə müsahibədə Ukraynanın Rusiya ilə həqiqi müharibə vəziyyətində olduğunu bildirib.

AzNews.az xəbər verir ki, o, Ukraynanın şərqində xüsusi təyinatlı dəstə döyüşçüsü olan iki Rusiya vətəndaşının saxlanıldığını xatırladıb.

Moskva isə Ukraynanın şərqindəki silahlı münaqişəyə aidiyyəti olduğunu qətiyyətlə inkar edir. Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Luqansk vilayətində Ukrayna hərbçiləri tərəfindən tutulan iki nəfərin tutulduqları məqamda artıq Rusiya silahlı qüvvələri tərkibində olmadıqlarını bəyan edib.

Petro Poroşenko hesab edir ki, Ukraynanın şərqində fəaliyyət göstərən rusiyapərəst hərbi birləşmələri bu yay hücuma keçəcək: "Buna hazır olmalıyıq. Lakin biz onlara provokasiya üçün bəhanə vermirik. Odur ki, bütün məsuliyyət onların üzərinə düşəcək".
Bağla X