05:10
(077) 610-22-33

Türkiyədə 80 nəfərə yaxın məmur və iş adamı həbs olundu - VİDEO

  • >
1 399 22 May 2015 17:45 | Dünya

Türkiyədə səhər saatlarında bir neçə vilayətdə baş tutan əməliyyatlar nəticəsində 80-ə yaxın polis məmuru və iş adamı barəsində həbs qərarı çıxarılıb.


AzNews.az ANS TV-yə istinadən xəbər verir ki, əməliyyatlar Konya başda olmaqla 10 vilayətdə keçirilib. Polis tərəfindən saxlanan şəxslərin "paralel hökumət" qurumu ilə əlaqəli olduğu hesab edilir. Saxlanınlar arasında polis idarələrinin keçmiş rəislərinin olduğu bildirilir.

Türkiyədə Gülən Camaatına yaxınlığı ilə bilinən şəxslərin həbsləri 2013-cü ilin sonlarından etibarən başlayıb. O zaman korrupsiya qalmaqalının üzə çıxması ilə bağlı hökumət daxilində məlumat sızmasını həyata keçirənlərin olduğu üzə çıxdı.

Həmin dövrdən etibarən minlər polis işçisi həbs edilib və vəzifədən kənarlaşdırılıb.


Bağla X