Əfqanıstanın paytaxtı Kabilin diplomatik ərazisinə hücum edən silahlı şəxslərlə hərbçilər arasındakı atışma olub. Nəticədə 4 silahlı şəxs öldürülüb. Əfqanıstanın paytaxtı Kabilin diplomatik ərazisinə hücum edən silahlı şəxslərlə hərbçilər arasındakı atışma olub. Nəticədə 4 silahlı şəxs öldürülüb.

Qonaq evinə hücum edən 4 silahlı öldürüldü – Kabildə

Əfqanıstanın paytaxtı Kabilin diplomatik ərazisinə hücum edən silahlı şəxslərlə hərbçilər arasındakı atışma olub. Nəticədə 4 silahlı şəxs öldürülüb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, insidenti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Hücum zamanı mülki şəxslər və ya hərbçilər arasında tələfat qeydə alınmayıb.
Əfqanıstanın Daxili İşlər Nazirliyi deyib ki, əsas hədəf "Taliban" tərəfindən 2009-cu ildə də hücüma məruz qalan Rabbani qonaq evi olub.

Son həftələrdə, "Taliban"ın yeni hücum dalğası Kabildəki xarici vətəndaşlara qarşı hədəflənib. İki həftə öncə qonaq evlərindən birində konserti gözləyən 14 nəfər öldürülmüşdü.