- Köhnə - Dünya
- 1 Oktyabr 2015 22:35
- 4 437
Məscid bombalandı - 5 ölü, 20 yaralı
Suriyada Bəşər Əsəd rejiminə aid təyyarələri məscidi bombalayıb.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İdlibin Cisr əş-Şuğur mahalında baş verən hadisədə 5 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Müxaliflərin nəzarətində olan Ömər Bin Hattab məscidinə ciddi ziyan dəyib.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Ölü sayının artacağı ehtimal edilir.