14:17
(077) 610-22-33

ABŞ-da daha bir atışma - 3 nəfər öldü

  • >
1 061 2 Oktyabr 2015 09:11 | Dünya

ABŞ-ın Florida ştatının İnglis şəhərində baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, qatil özünə atəş açaraq intihar edib.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fox 13 telekanalı məlumat yayıb.

Gecə 03.10 radələrində polisə şəhər administrasiyası binasının yaxınlığında yerləşən yaşayış evlərinin birində atışma barədə məlumat daxil olub. Bir qadın və bir kişi hadisə yerində keçinib, daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis hadisə yerində həmçinin özünə atəş açaraq intihar etmiş cinayətkarın cəsədini də aşkarlayıb.
Bağla X