Əfqanıstanın paytaxtı Kabilda ölkənin prezident iqamətgahında aparılan tikinti işləri zamanı insan skeletləri tapılıb. Əfqanıstanın paytaxtı Kabilda ölkənin prezident iqamətgahında aparılan tikinti işləri zamanı insan skeletləri tapılıb.

Prezidentin sarayından insan qalıqları tapıldı

Əfqanıstanın paytaxtı Kabilda ölkənin prezident iqamətgahında aparılan tikinti işləri zamanı insan skeletləri tapılıb.


AzNews.az Oxu.Az-a istinadən xəbər verir.

"İki kəllə və insan sümükləri tikinti işləri zamanı prezident iqamətgahının mətbəxində aşkar edilib", - məlumatda deyilir.

Ölkə prezidenti Əşrəf Qani Əhmədzay tapıntının öyrənilməsi üçün məhkəmə tibbi ekspertiza işçiləri, Əfqanıstan komissiyasının üzvləri və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.