Rusiyanın Suriyadakı səfirliyinə hücum edilib. Rusiyanın Suriyadakı səfirliyinə hücum edilib.

Rusiyanın Suriyadakı səfirliyi atəşə tutuldu

Rusiyanın Suriyadakı səfirliyinə hücum edilib.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, səfirliyin binası minaatanlardan atəşə tutulub. Bu barədə Rusiya səfirliyinin nümayədəsi məlumat verib. Rusiyalı diplomatlardan heç kim zərər çəkməyib.

"Mərmilərin ikisi səfirliyin ərazisinə düşdü. Rusiyalı diplomatlar arasında xəsarət alanlar yoxdur. Amma binaya ciddi maddi ziyan dəyib" - deyə Dəməşqdəki rusiyalı diplomat bildirib.

Digər tərəfdən isə Rusiya qoşunlarının Suriyaya girməsini dəstəkləyən qüvvələrin aksiya keçirdiyi ərazidə də bir neçə partlayış olub. Şahidlərin verdiyi məlumata görə, aksiya iştirakçıları arasında yaralananlar var.

Rusiya səfirliyinə hücum baş verdiyi bir vaxtda İŞİD-ə qarşı mübarizə aparan kürd silahlılar onların "paytaxtı"nın Rakka şəhərini bir neçə həftə ərzində ələ keçirəcəyinə söz veriblər.

Bu barədə kürd özünümüdafiə dəstəsinin komandanı Sipan Xamo bildirib. Komandan bildirib ki, hazırda ABŞ-ın başçılıq etdiyi koalisiya ilə əməliyyatın başlanğıc tarixinin uyğunlaşdırılması üçün danışıqlar aparılır.

Kürd silahlıların İŞİD-dən Kobani hücumlarının qisasını almaq fikrində olduqları bildirilir. Bir müddət əvvəl İŞİD silahlıları Suriya kürdlərinin ən böyük istinadgahı Kobanı şəhərinə dağıdıcı hücumlar həyata keçirmişdilər. Terorçular Kobanini işğal etsə də qısa müddətdən sonra ordan geri çəkilməyə məcbur olublar. İŞİD silahlıları Şimali İraq Kürd Muxtariyyatının ərazisindən kürdlərə gələn yardımdan sonra geri çəkiliblər. Hücumlar nəticəsində Kobanidən minlərlə insan evini tərk edərək, sərhədi keçib Türkiyəyə üz tutdular.

Hazırda isə kürd silahlılarla ABŞ-ın dəstəklədiyi qruplar birləşib, Rakkanı ələ keçirmək istəyirlər. Oktyabrın 12-də PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-ə yaxınlığı ilə tanınan qruplar "Suriya Demokratik Gücləri" adı altında birləşib. Birləşmiş güc İŞİD-ə qarşı birlikdə vuruşacaq.

YPG (PYD-nin hərbi qanadı) və YPJ (YPG-nin qadınlardan ibarət qrupu), həmçinin Suriya ərəb koalisiyasını təşkil edən "Ceyş əl-Suvar", "Burkan əl-Firat", "Əl-Sanadid", "Əl-Cəzirə" briqadaları və Süryani Hərbi Şurası "Suriya Demokratik Gücləri"ndə təmsil olunacaq.