“Türkiyənin paytaxtı Ankara şəhərində 97 nəfərin ölümünə səbəb olan terrorçular kürdcə və azərbaycanca danışırdılar”. “Türkiyənin paytaxtı Ankara şəhərində 97 nəfərin ölümünə səbəb olan terrorçular kürdcə və azərbaycanca danışırdılar”.

“Terrorçular azərbaycanca danışırdılar” - Ankara faciəsinin 15 yaşlı şahidi

“Türkiyənin paytaxtı Ankara şəhərində 97 nəfərin ölümünə səbəb olan terrorçular kürdcə və azərbaycanca danışırdılar”.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məlumatı hadisənin tək şahidi olan 15 yaşlı qız polisə ifadəsində deyib. O, terrorçuları məsciddə gördüyünü, bombaları bədənlərinə bağladıqlarını, sonra isə həmin bombanı meydanda partlatdıqlarını deyib.

15 yaşlı qız ifadəsində dostunun da hadisə zamanı öldüyünü qeyd edib: "Partalayışdan öncə başı bağlı iki qadın məscidin tualetindən çıxdı. Dostumla daha sonra içəridə 4 qadının da olduğunu gördük. Onlar öz aralarında kürdcə və azərbaycanca danışırdılar. Bir-birlərinə nəsə deyirdilər. Sonra isə bombaları düzəldib onu qara əski ilə bağladılar. Terrorçulardan biri həmin bombanı üstünə bağladı. Onların həmçinin çantaları da var idi. Terrorçular həmin çantanı meydanda qoyub getdilər. Mən və dostum bu barədə polisə məlumat versək də onlar bizə inanmadılar. Terrorçuların 4-ü çöldə, 4-ü isə içəridə idi. Hamısı birdən eyni tərəfə getdi. Elə oradaca bombanı partlatdılar. O biri bombanı isə Xalqların Demokratik Partiyasının (HDP) üzvlərinin yığışdığı yerdə partlatdılar".

Qeyd edək ki, hadisədən sonra türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik rəisi, Kəşfiyyat Şöbəsinin rəisi və Təhlükəsizlik Şöbəsinin rəhbəri işdən çıxarılıb.

Bu hadisədən sonra "İslam dövləti" (İŞİD) qruplaşmasının 6-sı qadın olan 21 üzvü axtarışa verilib. Qruplaşmanın üzvlərindən biri azərbaycanlı qızdır. Ülkər Məmmədova adlı həmin qız uzun müddətdir ki, Türkiyədə axtarışa verilib.



Sevinc Yasinqızı