18:32
(077) 610-22-33

Seymur Həzi ilə Nigar Yaqublu evləndi - Video + Fotolar

  • >
10 625 2 Avqust 2016 15:02 | Günün fotosu

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində nikah mərasimi olub.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədr müavini Seymur Həzi Müsavat Partiyası Məclisinin üzvü Nigar Yaqublu ilə rəsmi nikaha daxil olub.

Mərasimi Xəzər Rayon Qeydiyyat Şöbəsi həyata keçirib.

Qeyd edək ki, Seymur Həzi barəsində 2014-cü ilin avqust ayında Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə S.Həzi 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Həzi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

APA.az





Bağla X