Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-yə qarşı aparılan nəhəng əməliyyat davam edir. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-yə qarşı aparılan nəhəng əməliyyat davam edir.

Gülənin kassirindən maraqlı addım - Dolların üstünə öz şəklini vurub (Yenilənib +Foto)

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-yə qarşı aparılan nəhəng əməliyyat davam edir.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, aparılan əməliyyat nəticəsində Fətullahçı terror təşkilatının təhsil və maliyyə sahəsində kassalarını idarə edən Murat Kılıç saxlanılıb.

Xatırladaq ki, bundan öncə polis Murat Kılıçın məkanlarına basqın etmişdi. Təşkil edilən basqınlarda pul kuryeri olduğu müəyyən edilən 4 nəfər saxlanılmış, 50 milyon türk lirəsi çek-sənəd və 3,5 milyon türk lirəsi nağd pul ələ keçirilmişdi.

12:59
***


Murat Kılıç ilə birlikdə çox sayda 1 dollarlıqlar da ələ keçirilib. Bəzi 1 dollarlıqların üzərində Murat Kılıçın şəklinin olması diqqət çəkib.



Aydan AXUNDOVA