10:29
(077) 610-22-33

Bakıda sökülən otelin yerində... - Fotolar

  • >
7 878 27 Dekabr 2016 12:41 | Günün fotosu

Bakı şəhərinin Xətai rayonunda Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yol inşa edilir.

"Azəravtoyol" ASC-dən AzNews.az-a daxil olan məlumata görə, 4 hərəkət zolaqlı olacaq yolun uzunluğu 260 metrdir. 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edəcək. Hər iki tərəfdə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə piyada səkiləri də inşa olunur. Piyada səkilərinin eni 2-3 metr arası dəyişir. Günün qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 10 ədəd işıq dirəyi quraşdırılacaq.

Hazırda ərazidə yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılır bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışıından ibarət yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri bitdikdən sonra yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub. Yol ayrıcına və səkilərin kənarlarına 1 min poqon metr səki daşı düzüləcək.

Tikinti işləri bitdikdən sonra yeni küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Bağla X