07:34
(077) 610-22-33

Məşhur aktrisa Bred Pittlə yataq səhnəsindən danışdı - Biz bir-birimizin gözlərinə xeyli baxıb, pıçıldaşırdıq - Fotolar

  • >
12 805 5 Yanvar 20:44 | Günün fotosu

Marion Kotiyar son vaxtlar aktyor haqda mediada yayılan xəbərlərə inanmır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, fransız aktrisa Bred Pittlə birgə çəkildiyi “Allied” (Müttəfiqlər) filminə görə qalmaqalın mərkəzinə düşüb. Bir çoxları düşünür ki, Ancelina ilə Bredin ayrılmasına səbəb elə Marionun özüdür.

Bu filmdə aktyorların bir neçə ehtiraslı səhnəsi var. Marion bildirir ki, belə səhnələrdə aktyorla improvizə etməyə ehtiyac qalmayıb. Çünki rejissor hər şeyi öncədən düşünüb.

“Biz Bredlə bu səhnələri oynamaq üçün əvvəlcə xeyli zarafatlaşırdıq. Amma yenə də yöndəmsiz hərəkətlərdən qaçmaq olmur - necə hərəkət edim, əllərimi, ayaqlarımı necə qoyum, oturum yoxsa uzanım. Biz bir-birimizin gözlərinə xeyli baxıb, pıçıldaşırdıq. ”

Aktrisa etiraf edir ki, o, son vaxtlar Bred haqda yazılanlara inanmır:

“O, çox gözəl, tərbiyəli, xeyirxah adamdır. Yeni ideyalara həmişə açıqdır. Peşəkar aktyordur. O, çox səmimidir. Onunla ünsiyyət qurmaq da çox rahatdır.”

Bağla X