17:49
(077) 610-22-33

Azərbaycanda vitse-prezident peşəkar idmançıdır - Fotolar

  • >
6 708 9 Yanvar 13:51 | Günün fotosu

Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev özü də peşəkar idmançıdır.

“Qafqazinfo” xəbər verir ki, ötən il federasiyada vitse-prezident seçilən Əliyev uzun illər paurlifting idman növü üzrə yığmamızın tərkibində mübarizə aparıb. 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurlifting üzrə gənclər arasında keçirilən yarışda 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gələrək yüksək nəticə göstərib.

Latviyada keçirilən yarışda isə paurliftinq üzrə Dünya çempionatında 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq nəticəsini daha da yaxşılaşdırıb.

2014 cü ildə keçirilən Açıq Avrasiya Kuboku yarışında gümüş medal qazanıb və bununla yanaşı bir çox beynəlxalq yarışların qalibidir.

Qeyd edək ki, Azər Əliyev mərhum prezident Heydər Əliyevin nəvəsi, Sevil Əliyevanın oğludur.

AzNews.az

Bağla X