Dünyanın ən gənc siqaret çəkəni hesab olunan Adli Rizal siqaret çəkməyi tərgidib Dünyanın ən gənc siqaret çəkəni hesab olunan Adli Rizal siqaret çəkməyi tərgidib

Gündə 40 siqaret çəkən balaca uşaq onu tərgitdi - Fotolar

Dünyanın ən gənc siqaret çəkəni hesab olunan Adli Rizal siqaret çəkməyi tərgidib

AzNews.az “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 9 yaşlı indoneziyalı uşaq siqaret çəkməkdən imtina edib və arıqlayıb. 2 yaşında siqaret aludəçisinə çevrilən Rizal gündə 40 siqaret çəkirdi. 5 il müalicə olunan uşaq bu vərdişindən imtina etməyi bacarıb. Lakin sürətlə çəki yığdığını görən Rizal düzgün qidalanmaq vərdişinə də yiyələndikdən sonra tamamilə çəkisini atıb.