Adanada sevgilisi ilə evlənməsinə qarşı çıxan qohumlarını öldürən və sonra intihar edən oğlanın cənazəsindən hamı imtina edib. Adanada sevgilisi ilə evlənməsinə qarşı çıxan qohumlarını öldürən və sonra intihar edən oğlanın cənazəsindən hamı imtina edib.

Sevgilisinə görə qohumlarını öldürdü - Göz yaşları ilə dəfn etdilər + Fotolar

Adanada sevgilisi ilə evlənməsinə qarşı çıxan qohumlarını öldürən və sonra intihar edən oğlanın cənazəsindən hamı imtina edib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Adanada sevgilisi Xanım Qaya ilə evlənməsini istəmədiklərinə görə xalalarını, onların övladlarını və xalasının təqaüdçü həyat yoldaşını qətlə yetirdikdən sonra intihar edən Dənizxan Dənərin cənazəsindən hamı imtina etdiyinə görə onun meyiti bir müddət morqda qalıb.

Dənizxan Dənərin sevgilisi Xanım Qaya və dostları prokurorluqdan xüsusi icazə alaraq oğlanın cənazəsini götürüblər. Dənərin meyiti cənazə namazı qılındıqdan sonra dostları və sevgilisi tərəfindən torpağa tapşırılıb. Sevgilisi göz yaşlarına qərq olub. Dostları onu sakitləşdiriblər.