Fransada keçirilən prezident seçkilərinin qalibi müəyyən oldunduqdan sonra ölkənin birinci xanımın da kimliyi müəyyənləşdi. Fransada keçirilən prezident seçkilərinin qalibi müəyyən oldunduqdan sonra ölkənin birinci xanımın da kimliyi müəyyənləşdi.

Fransanın yeni birinci xanımı Bricit Makron haqqında 10 maraqlı fakt +Foto

Fransada keçirilən prezident seçkilərinin qalibi müəyyən oldunduqdan sonra ölkənin birinci xanımın da kimliyi müəyyənləşdi.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Bricit Emmanueldən 24 yaş böyükdür və onun məktəb müəllimi olub. Bricit Makronla bağlı digər maraqlı faktları təqdim edirik.

1. Bricit Makron 1953-cü il 13 aprel tarixində Fransanın Şimalında anadan olub. Onun atası məşhur şokolad istehsalçısı Jan Tronyedir. Qənnadı zavodu ailəyə il ərzində 4 milyon avro qazanc gətirir. O, evin 6-cı və ənkiçik övladı olub.

2. Bricit Makron ailə biznesinin üzvü olmaqdansa müəllim olmağı seçib. 21 yaşında bankir Andre Lui Ozyerlə ailə həyata qurub. Bu evlilikdən onun 3 övladı var – oğlu Sebastyan, qızları Lorens və Tiffani.

3. Bricit Emmanuel ilə qarşılaşanda onun 39, Emmanuelin isə 15 yaşı olub. Bricit öz şəhərciyində teatr dərnəyinə rəhbərlik edib.

4. Emmanuel Makronun atası Jan-Mişel Makron Bricitə oğlu ilə görüşməyi qadağan edib. Hətta, oğlunu Parisə 4-cü Henri adına elit gimnaziyada təhsil almağa göndərib.

5. Bricit və Emmanuel məktub vasitəsi ilə ünsiyyət qurublar. 2007-ci ildə isə xanım Tronye birinci ərindən boşanaraq Parisə gəlib və Makrona ərə gedib. Toy şənliyində Bricitin qızları da iştirak edib.

6. Cütlüyün birgə övladları yoxdur. Emmanuel müsahibələrindən birində qeyd edib ki, onlar birgə övladlarının olmasını istəmirlər. “Mənim bioloji övladlara və nəvələrə ehtiyacım yoxdur” – deyə Makron bildirib.

7. Bricitin 7 nəvəsi var. Makron onlarla birgə xoş vaxt keçirir.

8. Emmanuel Makronu fransız qadınların seks-arzusu adlandırırlar. Lakin xanımı onun məşhur olmasına imkan vermir. Fransanın “Paris Match” jurnalı Briciti “stil ikonası” adlandırır və onu “dərisi günəşdən yanmış şux qamətli sarışın hesab edir. Onun yaşı isə, jurnala görə, bu gözəlliyə əlavə ləzzət qatır”

9. Bricit bahalı brend əşyalarını sevir. O, “Dior” və “Louis Vuitton”un pərəstişkarıdır.

10. Bricit çıxış nitqlərini yazmaqda, qərar qəbul etməkdə Emmanuelə kömək edir. Lakin özü siyasətçi olmaq istəmir. O, ərinə dəstək olmaqla kifayətlənir.

Bəxtiyar Abbasov

AzNews.az