14:21
(077) 610-22-33

Dünyanın ən "lux" təyyarəsi - Foto

  • >
7 877 10 May 2017 10:31 | Günün fotosu

Bu “Boing” tipli təyyarə dünyanın ən böyük təyyarəsi hesab olunur.

AzNews.az sizə “Uçan Çardağ”ı təqdim edir.

Bir saat istifadəsinə görə 26 min dollar ödəməklə siz bu “dəmir quş”u öz əmrinizə tabe edə bilərsiniz. “Dreamliner B787 Dreamjet” xaricdən adi təyyarə kimi görünür. Onun bortuna ayaq basdıqda isə siz tamamilə başqa aləmə düşürsünüz. Hətta, Amerika Birləşmiş Ştatları prezidenti belə bu cür dəbdəbəli təyyarədə səyahət etməyib.

Standart "B787" tipli təyyarələr 240-335 sərnişin daşımaq qabiliyyətinə malikdir. Lakin bu təyyarə cəmi 30 bəxtəvərə xidmət göstərə bilər.

Təyyarənin qiyməti 223 milyon funt sterlinq təşkil edir.

Böyük Britaniyanın paytaxtı Londondan Amerika Birləşmiş Ştatların Nyu-York şəhərinə uçmaq üçün siz, təxminən, 160 min funt sterlinq ödəməlinisiz.

Təyyarə maksimum 17.5 saat havada qala bilir. Sürəti isə saatda 1000 kilometrə çatır.

Təyyarə VVİP statusuna malikdir. Bu həftə təyyarənin Londonda təqdimatı keçiriləcək və təyyarə şəxsi uçuşlara başlayacaq. Təyyarədə 18 ədəd birinci sinif yataq yeri, istirahət və iclas zalı da var.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X