16:58
(077) 610-22-33

Bunları təkcə Dubayda görmək olar - Fotoreportaj

  • >
10 121 15 May 2017 15:52 | Günün fotosu

“Milyonçular cənnəti”nə xoş gəlmisiniz.

AzNews.az Dubayın insanın ağlını başından alan qeyri-adi əşyalarını təqdim edir.

Dubay cah-calal, milyonçular şəhəridir. Burada insanlar bahalı avtomobillər, divarları qızıl suyu ilə bəzədilmiş dünyanın ən hündür göydələnləri və ticarət mərkəzləri çevrəsində öz pullarını qayğısızca xərcləyirlər. Dubayda dünyanın ən bahalı butikində beşrəqəmli qiyməti olan hər hansı bir əşyadan ötrü izdihamlı növbə görmək adi haldır.

Qızıl bankomat

Dubayın “Ab Dhabi Emirates Palace” otelində qeyri-adi bankomat quraşdırılıb. Bu bankomat istifadəçilərə pul deyil qızıl verir. Qızılı xırda pul və ya külçə şəklində almaq olar. Bu bankomatı Dubay sakinlərinin qızıla olan sevgisini görən almaniyalı biznesmen Tomas Qeyssler hazırlayıb. Bankomatın ən qeyri-adi xüsusiyyəti onun tərkibi deyil, xarici görünüşüdür. Onun üzlüyünə qızıl suyu çəkilib.

Atılmış sport-avtomobillər

Dünyanın digər yerlərində atılmış və ya qırılmış avtomobillər problem hesab olunduğu halda, Dubayda şəhərin hər yerində “Ferrari” və ya “Porsche” kimi üstünü toz və çirk basmış avtomobillər problem hesab olunur. Sahibləri sadəcə belə avtomobillərdən bezdikləri üçün onları atıblar.

Hava limanının avtomobil dayanacağında bu yaxınlarda qiyməti 1 milyon dollar olan “Ferrari Enzo” aşkarlanıb. Dubayda şəriət qaydalarına görə belə bir hərəkətə görə ağır cəza müəyyən edilib. Ödənilməyən dayanacaq haqqına görə həbsə də düşmək olar. Görünür “Ferrari Enzo”nun sahibi bu cəzadan qaça bilməyəcək.

İdman meydançaları

Dubayda əksər idman kompleksləri gözəl dizaynı ilə seçilir. 25 min azarkeş tutan beynəlxalq kriket meydançası öz tipində dünyanın ən böyük kriket meydançasıdır. Məşhur Bürc əl-Ərəb otelində yerləşən şəhər tennis kortları adamın başını gicəlləndirir. Lakin Dubayın xüsusi fəxri bu yaxınlarda suyun altında inşa olunmuş beynəlxalq səviyyəli tennis kortudur. Burada həm tennis ulduzlarını, həm də sualtı dünyasını izləmək olar. Layihənin inşası 2.5 milyard dollara başa gəlib.

Polis sport-avtomobilləri

Dubayda polislər “Audi R8” və ya “Mercedes-Benz SLS AMG” nişanlı avtomobillərdən səviyyəcə aşağı avtomobilləri sürmürlər. Lakin Dubay polisin əsl fəxri milyonçuların sport-avtomobili olan “Bugatti Veyron”dur. Avtomobil polisin ağ-yaşıl rənglərində boyanıb. Bu avtomobil, hətta, ən mötəbər cinayətkarda belə özünə qarşı hörmət hissi yaradır.

Sualtı otel

“Atlantis the Palm” qonaqlarına suyun altında yerləşən “lux” nömrə təklif edir. Nömrənin divarlarından çarpayıdan durmadan tropik balıqları seyr edə bilərsiniz. Əgər balıqlarla canlı ünsiyyət qurmaq istəyirsinizsə, bunun üçün hər bir nömrə üçün ayrıca nəzərdə tutulan şəxsi çimərliklər var.

Bəxtiyar Abbasov

AzNews.az

Top xəbərlər
Bağla X