14:49
(077) 610-22-33

Ağlasığmaz qiyməti olan 14 adi əşya - 1 558 335 dollarlıq tualet kağızı (FOTO)

  • >
5 798 17 May 17:08 | Günün fotosu

Marketinq sahəsi dövrümüzdə olduqca yüksək səviyyədə fəaliyyət göstərir. İstehsalçı şirkətlər hər kəsi razı salmağa çalışırlar. Məsələn, onlar milyonçulara üzərinə “lux” çalar əlavə etməklə ən sadə əşyanı münasib olmayan qiymətə təklif edirlər.

AzNews.az həmin əşyaların siyahısını və qiymətlərini təqdim edir. Bu əşyaları təkcə zənginlik xəyallarınız gerçək olduqda ala bilərsiniz.

1. Nanəli diş məcunu

“THEODENT” firmasının istehsalı olan bu məcunun qiyməti 99.99 dollardır. Onun tərkibində insanın dişlərini gün ərzində kariyesdən qoruyan və dişləri möhkəmləndirən “Rennou” maddəsi var.

2. Tualet üçün oturacaq

“Carbon Fiber Gear” firmasının məhdud saylı bu məhsulu 299.95 dollardır. Oturacaq karbon lifindən hazırlanıb. Əl işidir.

3. Qulaqcıqlar

Bu qulaqcıqların qiyməti 638 dollardır. “GOLDSTRİKER” qulaqcıqları 24 karatlıq brilliantlarla bəzədilib.

4. Yun corablar

Qiyməti 1188 dollar olan bu corablardan cəmi 10 dəst istehsal olunub. Onlar vikunya dərisindən hazırlanılıb. Bu canlıların dərisi nadir tapılır və olduqca bahalıdır. Corabları “FALKE” firması istehsal edib.

5. Bulud lampa

“Kaufman Mercantile” şirkətinin istehsalı olan bu bulud lampa isə 3360 dollaradır. Lampa təkcə otağı işıqlandırmır, həm də göy gurultusu və yağış damlası səsini verir.

6. Mətbəx bıçağı

“Nesmuk” şirkətinin bu bıçağını 5415 dollara əldə etmək mümkündür. Bıçağın tiyəsi karbon poladdan hazırlanıb. Onun tutacağı tozağacından, kötüyü isə gümüşdəndir.

7. Karandaş

Bu karandaşın qiyməti 13400 dollardır. Onun gövdəsi sidr ağacından hazırlanıb. Ağ qızıldan olan qapağı isə 3 ədəd brilliant daşla bəzədilib.

8. “Monopoliya”

Qiyməti 14161 dollar olan “Monopoliya” adlı masaüstü oyunun üst örtüyü dəridəndir. Onun üzərindəki detalların hər biri isə qızıl və gümüşlə bəzədilib. Bu əşyanı ”ZONTİK” firması istehsal edib.

9. “iPhone 7”

Qiyməti 25850 dollar olan bu telefon liverpullu zərgər Styart Hyusun əl işidir. Onun gövdəsi 24 karatlıq qızıldan hazırlanıb.

10. Ülgüc

Bu ülgücün qiyməti 100 min dollardır. “Zafirro” firması onu meteorit qalıqlarından əldə edilmiş metaldan hazırlayıb. Ülgücün özü isə ağ yaqutdan düzəldilib. Onun boltları platindəndir.

11. Tualet kağızı

24 karatlıq qızıldan hazırlanmış bu tualet kağızının qiyməti 1 558 335 dollar təşkil edir. Bu məhsulu “Toilet Paper Man” şirkəti hazırlayıb.

12. Çaydan

“Çitra” kolleksiyasından olan bu çaydanın qiyməti 3 milyon dollardır. Onun materialı qızıldandır. Çaydan, eyni zamanda, 1500 brilliant və 500 yaqut daşı ilə bəzədilib.

13. Çanta

Bu çanta 3 800 000 dollar qiymətindədir. “Mouawad” şirkəti onu 18 karat qızıldan, 4517 ədəd müxtəlif rəngli brilliant daşdan ərsəyə gətirib.

14. Üzük

Qiyməti 77 milyon dollar olan bu üzüyün üzərində brilliant yoxdur. Lakin onun özü xalis brilliantdan hazırlanıb. Brilliant “Shawish” firmasının istehsalıdır.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X