Kobra əti, şirəli karp, köpək balığı üzgəcindən şorba. Bu və digər yeməkləri vərdişə çevirən insanlar bəzən tarixin ən qəddar simalarına çevriliblər. Kobra əti, şirəli karp, köpək balığı üzgəcindən şorba. Bu və digər yeməkləri vərdişə çevirən insanlar bəzən tarixin ən qəddar simalarına çevriliblər.

Diktatorların sevimli yeməkləri və yemək vərdişləri - Foto

Kobra əti, şirəli karp, köpək balığı üzgəcindən şorba. Bu və digər yeməkləri vərdişə çevirən insanlar bəzən tarixin ən qəddar simalarına çevriliblər.

AzNews.az 10 diktatorun sevimli yeməyi və yemək vərdişlərini təqdim edir.

1. Kim Çen İr – Mərhum Şimali Koreya lideri

Kim Çen İrin sevimli yeməyi köpək balığı üzgəcindən şorba və it ətidir. Şimali Koreya liderinin inancına görə, it əti onun gücünü artırır və sağlamlığını gücləndirir. Bundan başqa, Kim Çen İr “Hennessy” məhsullarını da sevir. Yemək vərdişlərinə gəlincə isə, iddialara görə, Koreya liderinin boşqabında olan düyünün eyni ölçüdə, eyni rəngdə və eyni fakturada olması üçün bir "ordu" qadın çeşidləmə işinə cəlb olunub.

2. Adolf Hitler – Nasizmin banisi.

Adolf Hitler vegeterian olub. Hitler hesab edirdi ki, meyvə-tərəvəzlə qidalanmaq onun köp və qəbzlik kimi xəstəliklərini müalicə edir. İkinci Dünya Müharibəsinin sonlarına yaxın o, təkcə püre və ət suyu ilə qidalanıb. Hitler zəhərlənmədən qorxduğu üçün yemək yeməzdən əvvəl öz yeməyini xüsusi insanlara yedizdirirdi.

3. Fransua Dyuvalye – Sabiq Haiti prezidenti.

Fransua Dyuvalye ağır yeməklərdən çəkinirdi. Hakimiyyəti dövründə Dyuvalye diabet, artrit və ürək xəstəliklərindən əziyyət çəkirdi. Ömrünün sonlarında həyat yoldaşı onu qaşıqla yedizdirirdi. Qida vərdişlərinə gəlincə isə, Dyuvalye, iddialara görə, yeməkdən sonra əylənməyi sevirdi. Onun əyləncəsi isə qırmızı qan rənginə boyanmış divarın arxasından düşmənlərinə verilən işgəncəyə baxmaq idi.

4. İosif Stalin – Sabiq SSR lideri.

İosif Stalin ənənəvi gürcü mətbəxini, qozu, fındığı, gavalını, narı və öz ölkəsinin şərabını sevirdi. Stalinin əfsanəvi içki məclisi barədə eşitməyən yoxdur. Lakin daha az məlum olan faktlardan biri budur ki, onun şəxsi aşpazlarından biri hazırkı Rusiya prezidenti Vladimir Putinin ulu babası Spiridon Putin olub.

5. Benito Mussolini - Sabiq İtaliya lideri.

Benito Mussolini zeytun yağı və limon şirəsində hazırlanmış sarımsaq salatını xoşlayırdı. Mussolini “Fransa mətbəxini” xoşlamayıb və ailəsi ilə birgə nahar etməyi sevirdi. O istəyirdi ki, nahar həmişə düz vaxtında hazır olsun və ev adamları onu masa arxasında gözləsinlər.

6. Fransisko Masias Nqema - Ekvatorial Qvineyanın birinci prezidenti.

Fransisko Masias Nqemanın hakimiyyəti dövründə ölkədə iqtisadi və siyasi böhran yaranıb. Onun qida vərdişləri barədə məlumat olduqca azdır. Lakin, iddialar görə, o, insan əti yeyir və insanın kəllə sümüyündən kolleksiya yığırmış. O, çətənə yarpağından çay, marixuana və hallyusinasiya yaradan iboqa çəkməyi xoşlayıb.

7. İdi Amin – Uqandanın sabiq prezidenti.

İdi Amin qızardılmış keçi əti, maniok, darı yarmasından çörək xoşlayıb. Səudiyyə Ərəbistanında sürgündə olmuş İdi Amin həmin dövrdə KFC yeməkləri ilə dolanıb və gün ərzində qırxa yaxın portağal yeyib. O, hesab edirdi ki, portağal “təbii viaqra”dır. İdi Aminin də insan əti yeməsi barədə şayiələr gəzir. O, ingilis mədəniyyətini sevdiyi üçün hər gün saat 5-də çay məclisi təşkil edirdi.

8. Pol Pot – Kambocanın sabiq baş naziri.

Pol Pot kobra əti və qaban qızartmasını sevirdi. Ən çox sevdiyi içki Çin şərabı idi. Meyvə ilə də arası pis deyildi. Onun hakimiyyəti dövründə insanların tam kasa düyü yeməsinə icazə verilirdi.

9. Nikolae Çauşesku – Rumıniyanın sabiq prezidenti.

20 il ölkədə rəhbərlik edən Nikolae Çauşesku yumurtalı lazanya, şirəli karp balığı, sadə pomidor salatı ilə ət, soğan və holland pendirini xoşlayırdı. Çauşesku süfrə arxasında oturmazdan əvvəl onun xüsusi təyinatlı adamları süfrədə zəhər olub-olmadığını yoxlayırdılar. Çauşesku əsəbləşdikdə yeməyi döşəmənin üzərinə tullayırdı. Diktator sonda xanımı ilə birlikdə insanların gözləri qarşısında güllələndi.

10. Müəmmər Qəddafi – Liviyanın sabiq prezidenti.

Müəmmər Qəddafi Liviya mətbəxinə vurğun idi. O, milli mətbəxdən kuskus ilə dəvə əti yeməyi xoşlayıb. Bundan başqa, o, dəvə südünü də sevirdi. Dəvə südü həddən artıq yağlı olduğu üçün bu, Qəddafinin həzm sistemində tez-tez problemlərə səbəb olurdu. Buna baxmayaraq, o, yenə də dəvə südü içirdi. Qəddafi dostu Silvio Berluskoni ilə görüşü zamanı onun təklif etdiyi tort və digər yeməkləri də yeyirdi. Eyni zamanda, o, İtaliya mətbəxini də sevirdi.

Bəxtiyar Abbasov

AzNews.az