3 iyul 1949-cu ildə Hirosimaya nüvə bombası atan “Enola Gay” bombardmançı təyyarə Smitsonian İnstitutunun muzeyində eksponata çevrildi. 1945-ci il avqust ayının 6-sı səhər çağı bu təyyarə Yaponiyanın Hirosima şəhərinə nüvə bombası atdı. “Little Boy” adlı bomba 18 kiloton trotil enerji ilə partladı. 3 gün sonra 9 avqustda növbəti “Fat Man” adlı bomba Naqasaki şəhərinə atıldı. Hücumlar nəticəsində Hirosima şəhərində 166 min, Naqasaki şəhərində isə 80 minə yaxın insan həlak oldu. 3 iyul 1949-cu ildə Hirosimaya nüvə bombası atan “Enola Gay” bombardmançı təyyarə Smitsonian İnstitutunun muzeyində eksponata çevrildi. 1945-ci il avqust ayının 6-sı səhər çağı bu təyyarə Yaponiyanın Hirosima şəhərinə nüvə bombası atdı. “Little Boy” adlı bomba 18 kiloton trotil enerji ilə partladı. 3 gün sonra 9 avqustda növbəti “Fat Man” adlı bomba Naqasaki şəhərinə atıldı. Hücumlar nəticəsində Hirosima şəhərində 166 min, Naqasaki şəhərində isə 80 minə yaxın insan həlak oldu.

Hirosima və Naqasakinin nüvə bombası hücumundan sonra görüntüləri - Əsəbi zəif olanlar baxmasın!

3 iyul 1949-cu ildə Hirosimaya nüvə bombası atan “Enola Gay” bombardmançı təyyarə Smitsonian İnstitutunun muzeyində eksponata çevrildi. 1945-ci il avqust ayının 6-sı səhər çağı bu təyyarə Yaponiyanın Hirosima şəhərinə nüvə bombası atdı. “Little Boy” adlı bomba 18 kiloton trotil enerji ilə partladı. 3 gün sonra 9 avqustda növbəti “Fat Man” adlı bomba Naqasaki şəhərinə atıldı. Hücumlar nəticəsində Hirosima şəhərində 166 min, Naqasaki şəhərində isə 80 minə yaxın insan həlak oldu.

Ən dəhşətli fakt o idi ki, hücumun heç bir hərbi məqsədi yox idi. ABŞ hökumətinin Yerdə “cəhənnəm” yaratmasının səbəbi nüvə bombasını real şərtlər altında sınaqdan keçirmək və Sovet Sosialist Respublikaları İttifaqına hərbi güc nümayiş etdirmək idi.

AzNews.az Hirosima və Naqasakinin nüvə bombası hücumuna məruz qalmasından sonra tarixin yaddaşına həkk olunan dəhşətli görüntüləri təqdim edir.

ABŞ hökuməti Yaponiyanın tam təslim olmasına baxmayaraq, bu ölkəyə nüvə bombası atmaq qərarına gəldi.

Hirosima şəhərinin bombalanmasından bir az əvvəlki görüntüsü

Hirosima şəhərində nüvə bomasının düşdüyü bölgənin xəritəsi

Komandir A.F.Birç “Little Boy” adlı nüvə bomasını nömrələyir.

Bombardmançılardan birinin partlayışdan sonra çəkdiyi görüntü

Hirosima üzərində formalaşan “göbələk”

Nüvə bombası yaponlar üçün dəhşətli faciəyə çevrildi. Hökumət hücumun əvvəlində hadisənin miqyasını hələ tam dərk edə bilmirdi. Onlar bunun adi bombalama əməliyyatı olduğunu zənn edirdilər. Lakin bir qədər sonra partlayışın hansı tükürpədici fəsadlara yol açdığı məlum oldu.

Bir neçə yaşayış məntəqəsində evlər kirəmit yığınına çevrilmişdi.

Sağ qalmış insanlar yanıq xəsarət almış və dəriləri yara tökmüşdü.

Faciə bölgəsindən qaçan insanlar dəhşətli filmlərdən “ölülər izdihamı” epizodunu xatırladırdı.

Yaralılar tibbi yardıma baxmayaraq sonradan hüceyrələrinin dağılması nəticəsində öldülər.

Əvvəlcə 10 minə yaxın insanın həlak olduğu, daha sonra ölü sayının 100 minə çatdığı bildirildi.

Şahidlərin sözlərinə görə, yaralıların bəziləri ölüm anına qədər “məni tez öldürün” deyə yalvarırdılar.

Yaralı qadın körpəsini əmizdirir.

Naqasakinin 15 kilometr kənardan görüntüsü

Naqasaki üzərində formalaşan “göbələk”. Partlayış dalğasının hündürlüyü 20 kilometrə çatırdı.

Yaponiyanın dinc əhalisi Naqasakinin dağılmış küçəsi ilə hərəkət edir.

Doktor Naqai Naqasakinin xarabalıqlarını seyr edir.

Partlayışdan 1 gün sonra hadisə yerindən təxminən 2 kilometr kənarda. Əlində düyü tutan ana və oğlu

Naqasakidə bombardman qurbanı

Qurbanlardan birinin kürəyində kimononun yaratdığı yanıq izləri qalıb.

Hirosimada partlayışın episentri. 1945-ci ilin payızı

Hirosima dağıntıları. 1946-cı ilin mart ayı

Bu yaralı şəxs partlayış zamanı hadisə yerindən təxminən 2 kilometr kənardan olub. Lakin radiasiya şüası onun üzünün sol tərəfini yandırıb.

Episentrdən 800 metr kənarda yerləşən teatr binasının yeganə qalığı. Əriyərək əyilmiş dəmir tir

Müvəqqəti xəstəxanalarda yerləşdirilən qurbanlar. Xəstəxanada tam anti-sanitariya vəziyyəti hökm sürürdü.

Şüalanmadan saçları tökülən 18 yaşlı qız

Hirosima əhalisinə kömək edən könüllü məktəbli

Miyuki körpüsü üzərində

Dağıdılmış şəhərin mərkəzində ana öz oğlu ilə

Dəhşətli hücumun daha bir qurbanı

Skamyada oturan hirosimalı şəxsdən təkcə bu iz qalıb.

Partlayışdan sonrakı görüntü

Qurbanın bədənində radiasiyanın səbəb olduğu yanıq izləri qalıb.

Xarabalıqlardan tapılan qol saatı. Saat partlayışın baş verdiyi vaxtı - 8.15-i göstərir.

Hirosimada hərbi həkimlər yaralılara kömək edirlər.

Yanğın fonunda gəzən insanlar. 9 avqust 1945-ci il.

Yaralı qardaşını belində daşıyan qardaş. Yaponiya bu cür fotoları ictimaiyyətdən gizli saxlayırdı. Lakin müharibədən sonra BMT bu fotoları yaydı.

Dağılmış evində uşaq vaxtı sürdüyü 3-təkərli velosipedini axtaran yapon

Yaponiyalı əsgər partlayışdan bir ay sonra xarabalıqda gəzir.

Naqasaki.1945-ci il 14 sentyabr. Yaponiyada ailə xarabalıqda inşa etdiyi komada düyü yeyir.

Naqasakidə Qinza rayonu. Şəhər Nyu Yorkun 5-ci küçəsinə bənzəyir. Burada mağaza sahibləri səkinin üzərində öz məhsullarını satırlar.

Şintoist məbədi

Dağıldılmış kilsədə protestant dini ayini

Hirosimaya bomba atan Mayor Tomas Ferebi və Naqasakiyə bomba atan kapitan Kermit Bixan. Vaşinqton, 1946-cı il

Akira Yamaquçi. Partlayışdan sonra qollarında qalan yanıq izlərini göstərir.

Yaponiya hökuməti 1957-ci ildə partlayış qurbanlarının pulsuz müalicəsini öz öhdəliyinə götürdü. Lakin onlardan heç biri hadisənin 60-cı il dönümünə qədər yaşaya bilmədi.

Hər il avqust ayının 6-sında Hirosima səmasında həyəcan siqnalı çalınır.

Bəxtiyar Abbasov

AzNews.az