13:07
(077) 610-22-33

Orduya 3.5 milyon könüllü toplandı - ABŞ-la müharibə başlaya bilər + Fotolar

  • >
6 590 14 Avqust 2017 16:36 | Günün fotosu

Amerika Birləşmiş Ştatları ilə Şimali Koreya arasında yaşanan gərginlik artmaqda davam edir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Şimali Koreyada ABŞ-la müharibə məsələsi ölkə gündəmini zəbt edib. Şimali Koreyanın rəsmi “Rodong Sinmun” qəzeti orduya qatılmaq üçün 3.5 milyon insanın müraciət etdiyini açıqlayıb.

İki ölkə arasında sonuncu dəfə gərginliyin artmasına səbəb rəsmi Pxenyanın ABŞ-a məxsus Quam adasını vuracağı ilə hədələməsi olub. ABŞ prezidenti Donald Tramp “Tvitter” hesabında bildirib ki, “Şimali Koreya ağıllı hərəkət etməzsə, hərbi qüvvələrimiz hazırdır. Ümid edirəm ki, Kim Çen In vəziyyətdən başqa çıxış yolu tapacaq”.

Bundan başqa ABŞ-ın müdafiə naziri Ceyms Mettis də ordunun Şimali Koreyadan gələ biləcək təhdidlərə qarşı hazır olduğunu bildirib.

Şimali Koreya Birləşmiş Millətlər Təşkilatı bu ölkəyə qarşı iqtisadi sanksiyalar tədbiq etdikdən sonra rəsmi Pxenyan ABŞ-ı təhdid etməyə başlayıb. Şimali Koreyanın ballistik raket sınaqları icra etməsi BMT-inin bu ölkəyə qarşı çoxsaylı sanksiyalar qəbul etməsinə səbəb olub.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X