Yasamal rayonu ərazisindəki 2 beşmərtəbəli bina qəzalı olduğu üçün sökülür. Yasamal rayonu ərazisindəki 2 beşmərtəbəli bina qəzalı olduğu üçün sökülür.

Bakıda beşmərtəbəli binaların söküntüsü başlayır Fotolar

Yasamal rayonu ərazisindəki 2 beşmərtəbəli bina qəzalı olduğu üçün sökülür.

Yasamal rayonu “Şərifzadə küçəsi, 174 və 162 saylı binalar sökülür. Binalar demək olar ki, tam boşaldılıb və hazırda söküntü aparılacaq ərazi hasara alınır. Aznews.az-ın məlumatına görə, tikililər qəzalı olduğundan dövlət sifarişi əsasında sökülür.

Hazırda binalarda yaşayan 224 ailə müvəqqəti olaraq kirayə evlərdə yerləşdirilib. Sökülən binaların yerində “Qismət-M Construction” MMC tərəfindən 14 mərtəbədən ibarət 2 hündürmərtəbəli bina inşa ediləcək. Şirkət rəsmisi Lalə Həmidovanın Aznews.az-a verdiyi məlumata görə, ümumilikdə 224 mənzildən ibarət olacaq binalar 20 ay müddətində hazır olacaq. Tikilinin birinci və ikinci mərtəbələri isə müxtəlif məqsədli obyektlər üçün icarəyə veriləcək.