Rusiyanın Krasnodar əyalətində adamyeyən ailə ifşa olunaraq həbs edilib. Rusiyanın Krasnodar əyalətində adamyeyən ailə ifşa olunaraq həbs edilib.

Adamyeyənlər həbs olundu – Ər-arvad 30 nəfəri yeyiblər (Fotolar)

Rusiyanın Krasnodar əyalətində adamyeyən ailə ifşa olunaraq həbs edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən ər və arvad 1999-cu ildən etibarən insanları oğurlayıb, öldürüb və meyitləri yeyiblər. Hətta, bəzi hallarda meyitlərdən tədarük görüblər.

Adamyeyənlər həbs olunduqdan sonra törətdikləri əməlləri etiraf ediblər. İstintaq qrupu axtarış zamanı 7 nəfərin meyitini aşkarlayıb.

Dəhşətli cinayətləri ifşa etməkdə polisə küçələrdən birində aşkarlanan telefon kömək edib. Telefonda sözügedən adamyeyənlərin meyitlərlə və ya onların kəsilmiş hissələri ilə birlikdə fotoşəkilləri əks olunub. Telefonu ilk olaraq asfaltçəkənlər aşkarlayıblar və dərhal polisə təhvil veriblər.

Məlumata görə, azı 30 nəfər adamyeyənlərin qurbanı olub. Onlar öz qurbanlarını efir və karvalol ilə bihuş edir, daha sonra öldürərək yeyirmişlər.

Adamyeyən Dmitri B. mənzillərin dekorasiyası işi ilə məşğul olub, onun yoldaşı Nataliya isə tibb bacısı kimi fəaliyyət göstərib.

Bəxtiyar Abbasov

AzNews.az