Dünyanın avstraliyalı məşhur keçisi Qari ölüb. Dünyanın avstraliyalı məşhur keçisi Qari ölüb.

Dünyanın məşhur keçisi öldü - Fotolar

Dünyanın avstraliyalı məşhur keçisi Qari ölüb.

AzNews.az xəbər verir ki, keçinin sahibi olan komediyaçı Cimbo Bazubi heyvanla gülməli videolarını "YouTube"da yerləşdirirdi. Cimbo Bazubi "Facebook"da heyvan üçün ayrıca səhifə də yaradıb. Bu səhifədə keçinin müxtəlif şəkilləri də var. Keçinin profilinin 1.6 milyon izləyicisi var. Bu gün də Bazubi foto paylaşaraq artıq onun həyatda olmadığını bildirib:

"Hörmətli Qari pərəştişkarları, Bu Cimbodur. Mənim 1 apreldə etdiyim zarafata baxmayaraq bugünkü paylaşdığım zarafat deyil. Bu gün səhər Qari öldü. Onun 6 yaşı var idi. Ona ürəyin kəskin şişi diaqnozu qoyuldu. Biz də onun əziyyət çəkməyini istəmədik və onu eftanaziya etdik...". "Facebook" istifadəçiləri hadisədən kədərləndiklərini bildirib.